Ekologiya və torpaqşünaslıq fakültəsinin dosenti Beynəlxalq konfransda iştirak etmişdir
“Ekoloji kimya” kafedrasının dosenti Elmina Müsrət qızı Qədirova Türkiyədə 1-4 noyabr tarixlərində keçirilən “III Ətraf Mühit Kimyası” Beynəlxalq Elmi Konfransında iştirak etmişdir. Qeyd etmək lazımdır ki, E.M.Qədirova Azərbaycanı təmsil etməklə yanaşı, bu konfransın elm komitəsinin üzvüdür.
Konfransda ABŞ, Böyük Briyaniya, Almaniya, Fransa,Italiya, Ispaniya, Kanada, Rusiya və digər ölkələrin elm nümayəndələri iştirak etmişdir.Son zamanlar qlobal ekoloji problemlər,ətraf mühitin çirklənməsi problemi bütün dövlətləri ciddi şəkildə düşündürməkdədir.Konfransda bu istiqamətdə atılan addımlar,ətraf mühitin çirklənməsi ilə bağlı aparılan son araşdırmalar,əldə olunan elmi nailiyyətlər haqqında məlumatlar verilmiş, mühazirələr dinlənilmiş,çıxışlar edilmişdir. Sonda konfrans iştirakçıları sertifikatlarla təltif edilmişdir.