Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının dosenti Kopenhagen şəhərində keçirilən “Global Startup Awards” mükafatları yarışmasının “Grand Final”ında “EcoPrint” layihəsi ilə iştirak edib
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova, Texnologiyaların transferi və innovasiyalar şöbəsinin müdiri Mətanət Musayeva ilə birlikdə 15-18 noyabr 2021-ci il tarixində Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən “Global Startup Awards” mükafatları yarışmasının “Grand Final”ında “EcoPrint” layihəsi ilə iştirak etmişlər. 113 ölkədən olan komandalar 10 müxtəlif nominasiya üzrə yarışmışdır. BDU-nun “EcoPrint” layihəsi 2 nominasiya üzrə - “Best Vertical Startup” nominasiyasında 12 ölkənin, “Best Green Tech Startup” nominasiyasında isə 23 ölkənin komandaları ilə yarışmışdır.
Tədbirdə qlobal finalistlər Danimarkanın Yaşıl İnnovasiya Ekosistemi ilə tanış olmuş, “Green Leadership”, “Communicating in Green”, “Making the Right Bets in Green Investments” və s. mövzularda diskussiyalarda iştirak etmiş, Danimarkada və dünyada yaşıl keçidi dəstəkləyən müvafiq maraqlı tərəfdaşlarla görüşmək imkanı əldə etmişlər.