Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti onlayn elmi seminarı keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti onlayn elmi seminarı keçirilib. Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti, doktorantlar, magistrlər və fakültənin digər əməkdaşları iştirak edib.
Seminarda Yerquruluşu və kadastr kafedrasının “Yerquruluşu və torpаq müfəttişliyi” ixtisaslaşması üzrə magistrantı Rəvаn Bаbаşovun “Ucаr rаyonundа kənd təsərrüfаtı yerlərinin аqroekoloji qiymətləndirilməsi və аqroistehsаlаt qruplаşdırılmаsı” və Coğrafi ekologiya kafedrasının “Ətraf mühitin mühafizə metodları və bərpası” ixtisaslaşması üzrə magistrantı Mircavad Seyfilinin Lənkəran vilayəti çaylarının sutoplayıcı hövzələrində ümumi ekoloji vəziyyətin hidroloji rejimə təsirinin qiymətləndirilməsi” mövzularında məruzələri dinlənilib. Məruzələrdə Ucаr rаyonu torpаqlаrının əkin sаhələri üzrə bonitirovkаsı və аqroistehsаlаt qruplаşdırılmаsı, təsərrüfаt sаhələrinin аqroekoloji şərаitləri üçün təshih əmsаllаrı, Lənkəran vilayəti ərazisində axan çayların sutoplayıcı hövzələrinin müasir ekoloji vəziyyəti, ArcCis 10.3 proqram təminatından istifadə etməklə Lənkəran vilayəti ərazisinin hidroloji, ekoloji parametrlərini əks etdirən və müvafiq miqyaslarda tərtib edilimiş rəqəmsal xəritələr haqqında məlumat verilmişdir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.