Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti onlayn elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti onlayn elmi seminar keçirilib. Seminarda Coğrafi Ekologiya kafedrasının “Ətraf mühitin mühafizə metodları və bərpası” ixtisaslaşmasıı üzrə magistrantlar Əhmədov Əmrah Ehtibar oğlunun “Gədəbəy rayonunun müxtəlif dərəcədə eroziyaya uğramış dağ-qara və bozqırlaşmış dağ – qəhvəyi torpaqların ekocoğrafi vəziyyəti və yaxşılaşdırılması yolları” mövzusunda və Hacıyeva Aysel Mayıl qızının “Воздействие на леса климатических факторов и природные возобновление” mövzusunda məruzələri dinlənilib. Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin professor-müəllim heyəti, doktorantlar, magistrlər və fakültənin digər əməkdaşları iştirak edib.