Ekologiya və torpaqşünaslıq fakültəsinin əməkdaşları beynəlxalq layihənin müzakirəsinə həsr olunmuş “Ekosistemlərin qiymətləndirilməsi üzrə Milli görüşün” növbəti tədbirində iştirak ediblər
Ekologiya və torpaqşünaslıq fakültəsi Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova və Coğrafi ekologiya kafedrasının müdiri Akif Ağbabalı REC-Caucasus, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İPBES-in birgə təşkil etdiyi “Supporting Decision Making and Building Capacity to Support IPBES Through National Ecosystem Assessments” beynəlxalq layihənin müzakirəsinə həsr olunmuş “Ekosistemlərin qiymətləndirilməsi üzrə Milli görüşün” növbəti tədbirində (17-19 dekabr 2021, Qalaaltı) iştirak etmişlər.
Müxtəlif yerli və beynəlxalq təşkilatlardan olan nümayəndələrin qatıldığı bu görüşdə REC-Caucasus ekspertlərinin hazırladığı və Azərbaycanın dağ, su və meşə ekosistemlərinin müasir vəziyyəti, onlara olan antropogen təsirlər, biomüxtəliflik, ekosistem xidmətləri və onların qiymətləndirilməsini əks etdirən layihələrin üçüncü variantı müzakirə edilib, iştirakçılar tərəfindən geniş diskussiyalar aparılıb.