Ekokimyəvi tədqiqatlar üzrə maarifləndirici təqdimat keçirildi
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisası, I kurs tələbələri üçün Ekokimyəvi tədqiqatlar üzrə maarifləndirici təqdimat keçirilmişdir.
Təqdimatda Ekoloji kimya kafedrasının dosenti Fətəli Hüseynov bu istiqamət üzrə təhsil və kariyera uğurlarından, ekokimyəvi tədqiqat metodlarından, elmi-tədqiqat işlərindən və onların əhəmiyyətindən, həmçinin xüsusi mövzu - ətraf mühit obyektlərində zərərli maddələrin təyini və onların ayrılması üsulları haqqında ətraflı məlumat vermişdir. Xüsusi mövzuda ətraf mühit obyektlərindən - sudan, torpaqdan və havadan nümunələrin götürülməsi, onların analizə hazırlanması və analiz üçün istifadə olunan müasir metodlar, həmçinin indiyə qədər yerinə yetirilmiş təsərrüfat müqaviləli işlərdən, istehsalat tullantı sularının dərindən təmizlənməsinin yeni işlənilmiş metodundan və hal-hazırda tədqiqatlar aparılan qrant layihəsi haqqında məlumat vermişdir.
Təqdimat I kurs tələbələri tərəfindən maraqla qarşılanmışdır. Daha sonra tələbələrin sualları cavablandırılmışdır.