Ekocoğrafi tədqiqatlar üzrə maarifləndirici təqdimat
13 Oktyabr 2023 14:04
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisası, I kurs tələbələri üçün Ekocoğrafi tədqiqatlar üzrə maarifləndirici təqdimat keçirilmişdir.
Coğrafi ekologiya kafedrasının müəllimi Türkan Məmişova bu istiqamət üzrə təhsil və kariyera uğurlarından, ekocoğrafi tədqiqat metodlarından, çöl təcrübələri və onların əhəmiyyətindən, həmçinin xüsusi mövzu - yerin məsafədən aerokosmik tədqiqi və coğrafi informasiya sistemləri barədə ətraflı məlumat vermişdir. Xüsusi mövzuda peyk təsvirlərinin necə əldə edilməsindən, coğrafi informasiya sistemlərində istifadə olunan proqram təminatlarından, antropogen mənşəli göllərin vektorlaşdırılmasından və Xəzər dənizinin sahil xəttində baş verən dəyişikliklərin aşkarlanmasının izahları verilmişdir. Təqdimat I kurs tələbələri tərəfindən maraqla qarşılanmışdır. Daha sonra tələbələrin çox saylı sualları cavablandırılmışdır.
Son XƏBƏRLƏR
08.07.2026 | 15:57
Elmi seminar keçirilib
19.06.2026 | 14:59
Elmi-tədqiqat işləri həyata keçirilib
05.06.2026 | 16:06
Quba rayonununda çöl-tədris təcrübəsi keçirilib
04.06.2026 | 12:10
Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
02.06.2026 | 17:11