Əbədi Zəfər adlı tədbir keçirilmişdir
6 Noyabr 2023 20:37

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Əbədi Zəfər” adlı tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbiri BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin TGT sədri Bayram Əlizadə açıq elan edərək sözü dekan Akif Ağbabalıya vermişdir. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin zabiti Cavid Həsənov və Şəhid Cəmil Qurbanzadənin bacısı, fakütənin I kurs tələbəsi Qönçə Qurbanzadə öz çıxışlarında müharibənin acılı ağrılı tərəflərindən, həmçinin zəfərin qürurundan danışmışlar. Tədbir II kurs tələbəsi Elman Məhərrəmovun “Cənab Leytinant” və “Xudayar Təsnifi” nin ifası ilə davam etmişdir. Sonda I kurs tələbəsi Səadət Dəmirçəlli “Zəfər Yolu” şeirini səsləndirmişdir.
Son XƏBƏRLƏR
22.04.2026 | 15:31
22 Aprel – “Beynəlxalq Yer Günü”
22.04.2026 | 14:33
Maarifləndirici tədbir keçirilib
17.04.2026 | 15:35
Elmi seminar keçirilib
31.03.2026 | 16:33
“31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”
18.03.2026 | 16:31