Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş tədbir keçirilmişdir
27 Yanvar 2024 21:15
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 26 yanvar – Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən BDU-nun Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dosenti Azər Cəfərov bildirib ki, ekoloji problemlər öz mahiyyətinə görə mənəvi problemlərdir. Ətraf mühiti qorumaq üçün qlobal miqyasda təbiətə münasibəti dəyişməli, istehlakçı cəmiyyətindən təbiəti mühafizə edən cəmiyyətə keçməliyik. Bu keçid dünyanın təbii resursları üzərində beynəlxalq nəzarətin qurulmasını, onların millətlər arasında ədalətlə paylanmasını, “Beynəlxaq Ekoloji Kodeksin” yazılmasını nəzərdə tutmaqla yanaşı, ekoloji mədəniyyətin qurulmasına xidmət edən ekoloji təhsilin kütləviləşdirilməsini tələb edir. Bu məsələdə Ekologiya və torpaqşünaslıq fakültəsi ölkəmizdə əhəmiyyətli maarifləndirici rol oynaya bilər.
Daha sonra fakültənin Ekologiya ixtisası üzrə II kurs tələbəsi Nicat Həsənov çıxış edərək, ictimai diqqəti ətraf mühit problemlərinə, onların həllinə yönəltməkdə və gələcəkdə mümkün fəsadların qarşısını almaqda ekoloji təhsilin vacib olduğunu vurğulayıb.
Tədbirin sonunda dekan Akif Ağbabalı Ekologiya və torpaqşünaslıq fakültəsində təhsil alan tələbələrin gələcəkdə olkəmiz və dünya üçün ətraf mühitin mühafizəsi və ekoloji təhsillə bağlı məsələlərdə aparıcı qüvvəyə çevriləcəyinə inamını bildirmişdir.
Qeyd edək ki, müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda Birləşmiş Millətlər Təşkilatının İsveçin paytaxtı Stokholmda keçirilmiş “İnsanın ətraf mühiti” konfransında beynəlxalq status alıb. Konfransın 21-ci plenar iclasında Stokholm Sazişi imzalanıb. Sazişdə ətraf mühitə və davamlı inkişafa dair 26 prinsip yer alıb. Prinsiplərdən biri “Ətraf mühit üzrə təhsil vacibdir” adlanır.
Son XƏBƏRLƏR
19.11.2024 | 20:37
"Azərbaycan müəllimi" qəzetinə müsahibə verilib
16.11.2024 | 16:47
“Seaspiracy” sənədli filminin nümayişində iştirak edilib
16.11.2024 | 16:35
“Uşaqların sağlamlığı naminə təmiz hava” adlı tədbirdə iştirak edilib
07.11.2024 | 18:06
“Yaşıl Vətən, yaşıl dünya” adlı tədbir-sərgidə iştirak edilib
07.11.2024 | 15:03