Dissertasiya şurasının iclası keçirilmişdir
27.02.2024-cü il tarixində Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi akademik Y.H.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.16 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda Ekoloji kimya kafedrasının doktorantı Günay Hacımurad qızı Vəliyevanın 2391.01-Ekoloji kimya ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Nitratlarla çirklənmiş torpaq və suyun bimetal nanohissəciklərlə təmizləmə metodikasının işlənib hazırlanması” mövzusunda dissertasiya işinin əsas müdafiəsi müzakirə olunmuşdur.
Dissertasiya işinə k.e.d., prof. Sevinc Hacıyeva və prof. Luca Di Palma rəhbərlik etmişdir.