Dissertasiya şurasının iclası keçirilmişdir
27.02.2024-cü il tarixində Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi akademik Y.H.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən ED 1.16 Dissertasiya şurasının iclası keçirilmişdir. İclasda Ekoloji kimya kafedrasının doktorantı Məltəm Elşən qızı Şəmilova-Cəlilovanın 2391.01-Ekoloji kimya ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Yağların kimyəvi quruluşu əsasında şokolad məhsullarının keyfiyyət göstəricilərinin tədqiqatı və istehsalının ekoloji aspektlərinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işinin əsas müdafiəsi müzakirə olunmuşdur.
Dissertasiya işinə k.e.d., prof. Sevinc Hacıyeva rəhbərlik etmişdir.