Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilmiş, daha sonra Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri ilk öncə Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Bayram Əlizadə açmışdır. Daha sonra dekan Akif Ağbabalı, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi Qismət Xanbabayev, həmçinin əslən Cəbrayıldan olan eyni zamanda fakültənin saathesabı dəvət olunan müəllimlərindən Sahib Şükürov və Gülçöhrə Hüseynova çıxış etmişlər. Çıxışlarda bu mövzular üzrə tədbirlərin keçirilməsinin əhəmiyyətindən, gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsindən, tarixdə erməni vandallığından, xalq, ordu və iqtidar birliyinin Qarabağda zəfərindəki rolundan danışılmışdır.