Bioekologiya kafedrasının dosenti REC-Caucasus, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İPBES-in birgə təşkil etdiyi “Supporting Decision Making and Building Capacity to Support IPBES Through National Ecosystem Assessments” beynəlxalq layihənin müzakirəsinə həsr olunmuş “Ekosistemlərin qiymətləndirilməsi üzrə Milli görüşün” növbəti tədbirində iştirak edib.
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova REC-Caucasus, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İPBES-in birgə təşkil etdiyi “Supporting Decision Making and Building Capacity to Support IPBES Through National Ecosystem Assessments” beynəlxalq layihənin müzakirəsinə həsr olunmuş “Ekosistemlərin qiymətləndirilməsi üzrə Milli görüşün” növbəti tədbirində (5-7 noyabr 2021, Qəbələ) iştirak edib.
Müxtəlif yerli və beynəlxalq təşkilatlardan olan nümayəndələrin qatıldığı bu görüşdə REC-Caucasus ekspertlərinin hazırladığı və Azərbaycanın dağ, su və meşə ekosistemlərinin müasir vəziyyəti, onlara olan antropogen təsirlər, biomüxtəliflik, ekosistem xidmətləri və onların qiymətləndirilməsini əks etdirən layihələrin ikinci variantı müzakirə edilib, iştirakçılar tərəfindən geniş diskussiyalar aparılıb.