Bioekologiya kafedrasında dissertasiya işinin ilkin müzakirəsi keçirilib
Ekologiya və torpaqşünaslıq fakültəsinin “Bioekologiya” kafedrasının doktorantı Roza Nazim qızı Məmmədovanın “Quercus L. cinsinin növlərinin ekobioloji xüsusiyyətləri və onların ekoloji monitorinqdə istifadə perspektivləri” mövzusunda biologiya elmləri üzrə fəlsəfə doktoru (ixtisas: 2426.01“Ekologiya”) elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin online qaydada Microsoft Teams platforması üzərindən ilkin müzakirəsi keçirilib. Müzakirədə Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı professor Nazim Şəmilov, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov, Magistratura və doktorantura şöbəsinin müdiri professor Afət Məmmədova, Bioekologiya kafedrasının müdiri professor Nərminə Sadıqova, fakültənin professor-müəllim heyəti və magistrantlar iştirak edib. Sonda məruzə ətrafında diskussiya aparılıb.