Beynəlxalq konfransının elmi komitəsinə üzv seçilmişdir
Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının dosenti Elmina Qədirova 2022-ci il, 30 oktyabr-02 noyabr tarixində Türkiyədə keçiriləcək olan “4th International Environmental Chemistry Congress” beynəlxalq konfransının elmi komitəsinə üzv seçilmişdir. Beynəlxalq konfrans ekoloji kimya, bioekologiya, coğrafi ekologiya, hava, su və torpaq mühitinin mühafizəsi və digər sahələri əhatə edir. Atmosfer, hidrosfer və litosfer qatının çirklənmə problemi aktual problemlərdən hesab edildiyindən konfransda bu sahələrdə aparılan tədqiqat işlərinə geniş yer ayrılacaqdır. Beynəlxalq konfransa fakültənin müəllim heyəti, eləcə də doktorant və dissertantları qatıla bilər. Konfransdan sonra təqdim olunan tezislər üzrə tam mətn məqalələr seçmə yolu ilə Web of Science bazasına daxil olan yüksək indeksli jurnalda dərc ediləcəkdir.
https://www.envirochem.org.tr/