Beynəlxalq elmi konfransda iştirak edilmişdir
Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının əməkdaşı Hüseynova Lalə Abuyəli qızı Türkiyənin Antalya şəhərində 03 noyabr-06 noyabr 2022-ci il tarixlərində keçirilmiş “IV Beynəlxalq Biokimyəvi yanaşmalar və texnologiyalar” elmi konfransında “Ud hindi bitkisinin antioksidant xüsusiyyətləri (The antioxidant feature of Udi Hindi plant)” mövzusunda çıxış etmiş və “Polien makrolid antibiotikləri əmələ gətirən müsbət yüklü kanalla ionların və üzvi birləşmələrin hüceyrələrə selektiv daşınması (The selective transport of ions and organic compounds into the cells by positively charged channel forming polyene macrolide antibiotics)” mövzusunda isə poster təqdim etmişdir.