Beynəlxalq elmi konfransda iştirak edilib
Bioekologiya kafedrasının dosenti Məhluqə Yusifova və Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyeva 19-20 may 2022-ci il tarixində Xəzər Universiteti və Çin Xalq Respublikası Anhui Kənd Təsərrüfatı Universiteti tərəfindən təşkil edilmiş “The 2nd international Congress on Cocoa Coffee and Tea Asia (CoCoTea Asia 2022)” adlı Beynəlxalq elmi konfransda iştirak etmişlər. Çin, İtaliya, Niderland, Hindistan, İran, Almaniya, Portuqaliya, Russiya və digər ölkələrin alimlərinin iştirak etdiyi bu konfransda çay, qəhvə və kakao bitkiləri ilə bağlı biologiya, kimya, texnologiya, qidalanma və sağlamlıq, keyfiyyət və təhlükəsizliyə nəzarət və s. mövzularda elmi tədqiqatların nəticələrini əks etdirən çıxışlar edilmiş və innovativ elmi nailiyyətlər haqqında məlumatlar verilmişdir. Konfransda əməkdaşlarımız “Tea Processing, Chemistry and Utilization” sessiyasında “Ecological conditions of cultivation of tea in Azerbaijan” mövzusunda məruzə ilə çıxış etmişlər.