Maarifləndirici təqdimat keçirilib
20 Oktyabr 2023 17:50

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin BDU Könüllülərinin təşkilatçılığı ilə “Bərk məişət və plastik tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi” mövzusunda maarifləndirici təqdimat keçirilmişdir.
Tədbiri BDU Könüllülərinin Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə sədri Leyla İmaməliyeva açmış və daha sonra giriş nitqi ilə dekan Akif Ağbabalı çıxış etmişdir.
Mövzu barədə Ekoloji kimya kafedrasının professoru Qiyas Bayramov və fakültənin 4-cü kurs tələbəsi Fidan Lətifova ətraflı çıxış etmişlər. Çıxışlarda Bərk məişət və plastik tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair mövzular üzrə tədbirlərin keçirilməsinin əhəmiyyətindən və respublikamızda məişət tullantılarının “Təmiz Şəhər” ASC-nin nümunəsində optimal idarə edilməsinin üstünlüklərindən danışılmışdır.
Son XƏBƏRLƏR
18.10.2026 | 17:20
Bakı Zooloji Parkında mühazirə və məşğələ dərsləri keçirilib
01.10.2026 | 15:19
Praktiki seminar keçirilib
08.07.2026 | 15:57
Elmi seminar keçirilib
19.06.2026 | 14:59
Elmi-tədqiqat işləri həyata keçirilib
05.06.2026 | 16:06