BDU MÜƏLLİMLƏRİNİN HƏMMÜƏLLİFİ OLDUĞU MƏQALƏ NÜFUZLU JURNALDA ÇAP EDİLİB
Bakı Dövlət Universitenin “Ekoloji kimya” kafedrasının əməkdaşları: professor Sevinc Hacıyeva, dosent Elmina Qədirova və Ülviyyə Rüstəmovanın həmmüəllif olduqları “ Ecological aspects of the use of ferrocenyl carbinols ” məqalələri nüfuzlu “Journal of Chemistry Letters “ jurnalında nəşr edilmişdir.
Məqalədə ətraf mühit üçün ziyanlı olmayan ferrosen əsasında metal üzvi komplekslərin alınmasına baxılmışdır. Baxılan metal üzvi komplekslər avtonəqliyyat sahəsində antidetanasion xüsusiyyətə malik qatqılar kimi istifadə imkanlarına malikdir. Ferrosen əsasında alınmış metal üzvi komplekslərin quruluş tədqiqatı İQ və PMN üsulları ilə aparılmışdır.
Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.