BDU müəllimlərinin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda çap edilib
Bakı Dövlət Universitenin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və kafedranın dosenti Elmina Qədirovanın həmmüəllif olduqları “Role of polyaromatic hydrocarbons in the pollution of aquatic ecosystems” (“Su ekosistemlərinin çirklənməsində poliaromatik karbohidrogenlərin rolu”) məqaləsi impakt faktorlu (İF 6.356) “Science China Chemistry” jurnalında çap edilib.
Məqalədə poliaromatik karbohidrogenlərin su ekosisteminə təsirindən bəhs edilib, Tədqiqat zamanı toksiki təsirli 16 PAK təyin edilib. Analizlər 6890N qaz xromotoqrafiyası ilə təchiz edilmiş yüksək həssaslığa malik Agilent 5975 kütlə detektorunda aparılıb.
Məqalə ilə tanış olmaq üçün linkə daxil ola bilərsiniz.