Məlumatlandırma sessiyası keçirilib
14 Oktyabr 2023 18:36

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinə yeni qəbul olunmuş I kurs tələbələri üçün "BDU Könüllüləri" təşkilatı haqqında məlumatlandırma sessiyası keçirilib.
"BDU Könüllüləri" təşkilatının Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə könüllülərinin sədri Leyla İmaməliyeva tərəfindən keçirilən sessiya zamanı tələbələrə ölkəmizdəki könüllülük hərəkatı, könüllülük prinsipləri və bu öhdəlikləri özündə daşıyan "BDU Könüllüləri" təşkilatı haqqında təqdimat şəklində geniş informasiya verib.
BDU-da genişlənən bu hərəkata qoşulmağın faydalarından söz açan Leyla İmaməliyeva tələbələrin sosial aktivliyinin gələcək karyeralarındakı böyük rol oynayacağını bildirib.
Görüş tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.
Son XƏBƏRLƏR
08.07.2026 | 15:57
Elmi seminar keçirilib
19.06.2026 | 14:59
Elmi-tədqiqat işləri həyata keçirilib
05.06.2026 | 16:06
Quba rayonununda çöl-tədris təcrübəsi keçirilib
04.06.2026 | 12:10
Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
02.06.2026 | 17:11