Bakı Zooloji Parkında istehsalat təcrübəsi
27 Mart 2024 11:30

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisasının ingilis bölməsi üzrə IV kurs tələbələri Bakı Zooloji Parkında istehsalat təcrübəsindədirlər.
Tələbələr təcrübə dövründə akvaterrarium, maarifləndirmə, məməlilər və quşlar üzrə bölmələrdə Zooloji Parkın mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə iştirak ediblər.
Tələbələr heyvanların etologiya, biologiya, ekologiyası, həyat tərzi ilə yaxından tanış olub, onlara qulluq edib, videoçəkilişlər aparırlar. Həmçinin biomüxtəlifliyin qorunmasının təşkili ilə bağlı tədbirlərə qoşulub, Zooloji Park ərazisində ziyarətçilərə bələdçilik edirlər.
Son XƏBƏRLƏR
18.10.2026 | 17:20
Bakı Zooloji Parkında mühazirə və məşğələ dərsləri keçirilib
01.10.2026 | 15:19
Praktiki seminar keçirilib
08.07.2026 | 15:57
Elmi seminar keçirilib
19.06.2026 | 14:59
Elmi-tədqiqat işləri həyata keçirilib
05.06.2026 | 16:06