Bakı Zooloji Parkına ekskursiyası təşkil edilmişdir
3 Mart 2024 00:55
Bakı Dövlət Universitetinin "BDU könüllüləri” təşkilatının Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə tələbələrin 3 mart - Dünya Vəhşi Təbiət Günü münasibətilə Bakı Zooloji Parkına ekskursiyası təşkil edilmişdir.
Ekskursiya zamanı tələbələrə Azərbaycanın "Qırmızı kitab"ına daxil olmuş, nəsli kəsilmək üzrə olan növlərin mühafizəsi, reintroduksiya proqramı haqqında məlumat verilmişdir. Tələbələr digər ölkələrin unikal fauna nümunələri ilə də tanış olmuşlar.
Qeyd edək ki, Bakı Zooloji Parkı 1928-ci ildən fəaliyyət göstərir. 2017-ci ildə "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin (IDEA) təşəbbüsü ilə zooloji parkda əsaslı yenidənqurma işləri başlayıb və 2021-ci ildə parkın açılışı olub. Yenidənqurma işlərindən sonra zooparkın ərazisi 2,25 hektardan 4,25 hektara çatdırılıb. Hazırda zooloji parkda 125 növ heyvan saxlanılır. Onların 22 növü “Qırmızı kitab”a daxil edilib. Zooparkın akvaterrariumunda 62 növ heyvan saxlanılır. Parkda nəsli kəsilməkdə olan bir çox nadir heyvan növlərinin canlı genofondunun saxlanılması təmin edilir və çoxaldılaraq təbiətə buraxılır.
Son XƏBƏRLƏR
19.11.2024 | 20:37
"Azərbaycan müəllimi" qəzetinə müsahibə verilib
16.11.2024 | 16:47
“Seaspiracy” sənədli filminin nümayişində iştirak edilib
16.11.2024 | 16:35
“Uşaqların sağlamlığı naminə təmiz hava” adlı tədbirdə iştirak edilib
07.11.2024 | 18:06
“Yaşıl Vətən, yaşıl dünya” adlı tədbir-sərgidə iştirak edilib
07.11.2024 | 15:03