Bakı Dövlət Universiteti Ekologiya və Torpaqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "44 Günlük Vətən Müharibəsi- Gəncənin Gözü ilə" adlı onlayn tədbir keçirilmişdir.
Bakı Dövlət Universiteti Ekologiya və Torpaqşünaslıq fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə "44 Günlük Vətən Müharibəsi- Gəncənin Gözü ilə" adlı onlayn tədbir keçirilmişdir. İlk olaraq fakültənin dekan müavini Fətəli Hüseynov tədbir iştirakçılarını salamlamış və 44 Günlük müharibə ərzində rəşadətli ordumuzun göstərdiyi şücaətdən bəhs etmişdir. Daha sonra Tələbə Gənclər Təşkilatının fakültə üzrə sədri Nigar Muxtarzadə tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etmişdir. Sonra isə fakültənin üçüncü kurs tələbəsi, idarə heyətinin aktiv üzvü Abdullazadə Ətirxanım Gəncədə törədilən terror hadisələri haqqında danışmışdır. Fakültənin ikinci kurs tələbəsi, idarə heyətinin aktiv üzvü Mahir Məmmədov isə xarici medianın bu terror aktına münasibətindən danışmışdır.