Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilmişdir
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir ilk öncə Soyqırım qurbanlarının və ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanılmışdır.
Daha sonra Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri professor İsmayıl Əliyev, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının əməkdaşları dosent Qoşqar Məmmədov və baş müəllim Qismət Xanbabayev və I kurs tələbəsi Səadət Dəmirçəlli çıxış edərək Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən olduğunu qeyd etmiş, həmçinin, on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilmələri, milli mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılmasını vurğulamışdırlar.
Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Muğan, Xaçmaz, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində ermənilər tərəfindən amansız qanlı faciələr törədilib. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilib.