İSTEHSALAT TULLANTI SULARININ TƏMİZLƏNMƏSİ ÜSULU” ADLI PATENT ALINMIŞDIR
Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının əməkdaşları Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən “İstehsalat tullantı sularının təmizlənməsi üsulu” adlı patent almışdır.
Patent neft emalı sənayesində alınan müxtəlif tərkibli və xüsusiyyətli istehsalat tullantı sularının neftdən, neft məhsulları tullantıları qarışığından, asılı maddələrdən dərindən təmizlənməsinə və istehsalat tullantı sularının nümunələrinin şəffaflaşdırılmasına həsr olunmuşdur. Hazırlanmış metodikaya əsasən neftə, neft məhsulları tullantıları qarışığının keyfiyyətinə təsir etməyən aşağı qaynama temperaturlarına malik olan karbohidrogenlər qarışığının nisbətindən, ekstraksiya qarışığından, seçilmiş koaqulyant məhlulundan, neytrallaşdırıcı komponentlərdən istifadə olunaraq optimal texnoloji rejim işlənilmişdir. İşlənilmiş metodika neft emalı sənayesində alınan istehsalat tullantı sularının qısa müddət ərzində neftdən və neft məhsulları tullantıları qarışığından təmizlənərək təkrar su dövriyyəsində istifadə olunmasına imkan verəcəkdir. Nəticədə ayda təqribən iki yüz min m3-lə şirin sulardan istifadə olunmasına qənaət olunacaqdır.