AzPOS şəbəkəsi haqqında tədbir keçirilmişdir
BDU-nun Ekologiya və torpaqşünaslıq və Coğrafiya fakültələlərinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin təqdimatında AzPOS şəbəkəsinin iş prinsipi haqqında geniş tədbir keçirilmişdir.
AZPOS- nöqtənin koordinata bağlılığını təmin etmək üçün ölkəmizin müxtəlif bölgələrində 45 ədəd Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları (FFGIS-CORS) şəbəkəsidir. Xidmət RTK və DGNSS əməliyyatların çevikliyini təklif edir. AZPOS eyni zamanda sonradan emal (post-processing) xidmətini də təklif edir. FFGİS stansiyaları 7 gün/24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bu sistem ən son GNSS (Qlobal Naviqasiya Peyk Sistemi) texnoloji məhsulları ilə yaradılımışdır.
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin hüquqi və fiziki şəxslərə təqdim etdiyi AzPOS xidmətləri və istifadə qaydaları haqqında məlumat verilmişdir. Belə ki, respublikamızda xəritələrin tərtibi və kadastr işləri, mühəndis geodeziya ölçmələri, yeraltı kommunikəsiya işləri, planaalma işləri, binaların və yolların inşaatı, kənd təsərrüfatı: (məhsul yığımı tarlaların monitorinqi, məhsul xəritəsinin tərtib edilməsi, xammalın emal edilməsi , dərmanlama prosesləri və s.), yer qabığı hərəkətlərinin yüksək dəqiqliklə ölçülməsi, mobil sistem, naviqasiya, yönləndirmə, hidrometeorologiya və s. sahələr tətbiqinin üstünlükləti və zərurəti barəbə ətraflı məlumat verilmişdir.
Təqdimatın sonunda tələbə, magistrant və professor-müəllim heyətinin sualları mütəxəssislər tərəfindən cavablandırılmışdır. Həmçinin, tədbirin praktiki davamı olaraq unversitetin həyətində müasir geodeziya alətinin (GPS) AzPOS şəbəkəsinə bağlantısı göstərilmişdir.