Akademik Rəfiqə Əliyevanın xatirəsi yad edilib
6 May 2024 16:51
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə xanım Əliyevanın vəfatının 7-ci il dönümüdür.
Bu münasibət ilə Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin kollektivi Fəxri Xiyabanda akademik Rəfiqə Əliyevanın xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır.
Allah rəhmət eləsin.
Son XƏBƏRLƏR
05.06.2025 | 21:12
“Azərbaycan Dəmir Yolları” QSC infosessiya keçirib
27.05.2025 | 21:08
Tələbə Elmi Cəmiyyətinin seminarı keçirilmişdir
23.05.2025 | 17:11
Şamaxı və Qobustan rayonlarında çöl-tədris təcrübəsi
22.05.2025 | 17:09
Ekskursiya təşkil olunub
20.05.2025 | 17:39