akademik Həsən Əliyevin anım günüdür
2 Fevral 2024 14:00

Bu gün görkəmli coğrafiyaçı və torpaqşünas alim - akademik Həsən Əliyevin anım günüdür.
Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətləri olub. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri uğurla həyata keçirib.
Həsən Əliyev bir insan kimi səmimi, mehriban, sadə, qayğıkeş, ədalətli, sözünü deyən idi, kadrlara qayğı göstərirdi, elmi işçilərin qədrini bilirdi. O, Azərbaycanı qarış-qarış gəzmişdi, Vətənini çox sevirdi. Hansı bölgədən, kənddən söhbət getsə, oranın təbiəti, əhalisi, adət-ənənəsi və el ağsaqqalı haqqında məlumat verərdi.
Akademik Həsən Əliyev 1993-cü il fevralın 2-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kənd təsərrüfatı elmləri doktoru, professor, Əməkdar elm xadimi, Həsən Əliyev bu gün də ən xoş və səmimi hisslərlə xatırlanır. Allah rəhmət eləsin!
Son XƏBƏRLƏR
22.04.2026 | 15:31
22 Aprel – “Beynəlxalq Yer Günü”
22.04.2026 | 14:33
Maarifləndirici tədbir keçirilib
17.04.2026 | 15:35
Elmi seminar keçirilib
31.03.2026 | 16:33
“31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”
18.03.2026 | 16:31