“AgroEco Hackathon” yarışının ilkin mərhələsi keçirilmişdir
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “AgroEco Hackathon” yarışının ilkin mərhələsi keçirilmişdir.
Hackathonun məqsədi agroekologiya, kənd təsərrüfatı və ətraf mühit problemlərində innovativ həllərin axtarılmasıdır.
Hackathonda qeyd edilən istiqamətlər üzrə yüksəkixtisaslı mütəxəssislər tərəfindən təlimlərin keçirilməsi, komandalar şəklində çalışma və ideyaların inkişaf etdirilməsi, layihələrin hazırlanması və qaliblər üçün xüsusi mükafatların verilməsi planlaşdırılır.
Hackathonun ilkin mərhələsinə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin elmi katibi i.e.d. Akif Vəliyev və BDU-nun Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçaylı tərəfindən tələbəbələrə agroekologiya, kənd təsərrüfatı və ətraf mühit problemlərində innovativ həllərin axtarılması istiqamətində ideya yönümlü təlim keçirilmişdir.