“AgroEco Hackathon” yarışının final mərhələsi keçirilib
Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “AgroEco Hackathon” yarışının final mərhələsi keçirilib.
Final mərhələsində 5 komandanın hər biri hazırladıqları layihələri münsiflər heyəti qarşısında təqdimatını etmişlər. Münsiflər heyəti layihələrin gedişatı, məqsədi, problemin təsviri, risklər, PR, hədəflər, təqdimat bacarığı və davamlılıq meyyarlarını nəzərə alaraq qiymətləndirmə aparmışlar. Nəticədə I yerin qalibi Aguadrop komandasının təqdim etdiyi “Damcı suvarma sistemlərində su istifadəsinin optimallaşdırılması” layihəsi olmuşdur. II və III yerləri isə uyğun olaraq Terranova və GreenGenius komandaları tutmuşdur. Sonda qalib komandaya kubok və medallar tədqim edilmişdir. İlk üç yeri tutan komandaların üzvlərinin hər birinə sertifikatlar verilib.