Açıq havada praktiki dərs keçirilmişdir
Ekologiya və torpaqşünaslıq fakültəsinin Yerquruluşu və torpaq müfəttişliyi, Torpaq kadastrı və Aqrar sahədə ətraf mühitin mühafizəsi ixtisaslaşmaları üzrə təhsil alan magistrantları universitet ərazisində açıq havada praktiki dərs keçiblər.
Dərs Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının dəvət olunan saathesabı müəllimi, “Geoid” MMC-nin direktoru Yasin Mustafayev tərəfindən aparılıb.
Dərs mövzusuna uyğun olaraq GPS texnologiyasının, Azərbaycanın müxtəlif bölgələrində Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları (FFGİS-CORS) şəbəkəsinin iş prinsipləri, yer ölçmələrində və kadastr işlərində tətbiqinin xüsusiyyətləri ətraflı izah olunub.
Dərsdə Azərbaycan ərazisində geodeziya ölçü işlərində tətbiq olunan yüksək dəqiqlikli məlumatların emalı, zaman-məkan daxilində qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edən informasiya sisteminin xüsusiyyətləri, dəqiq vaxt rejimində RTK və Diferensial Qlobal Peyk Sistemi Xidməti (DGPS) və sair məsələlər barədə geniş məzmunlu praktika keçirilib.
Sonda magistrantların sualları cavablandırılıb.