“31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”

Bakı Dövlət Universiteti (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilmiş tədbir keçirilib.
Tədbir ilk öncə Soyqırım qurbanlarının və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılaraq başlayıb.
Daha sonra Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri professor İsmayıl Əliyev, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi Qismət Xanbabayev və Ekologiya ixtisası üzrə II kurs tələbəsi Dəniz Zeynallı çıxış edərək Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindən olduğunu qeyd ediblər. Həmçinin, Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Muğan, Xaçmaz, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilmələri, milli mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılmasını vurğulayıblar.