“3 mart - Ümumdünya Vəhşi Təbiət Günü”

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə BDU könüllülərinin təşkilatçılığı ilə “3 mart - Ümumdünya Vəhşi Təbiət Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirin açılışında Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı çıxış edərək qeyd edib ki, bu günün əsas məqsədi qlobal səviyyədə bioloji müxtəlifliyin mühafizəsinə diqqətin artırılmasıdır. Bu cür tədbirlərin keçirilməsi isə tələbələr arasında vəhşi təbiətlə bağlı marifləndirmənin aparılmasıdır. O, həmçinin qeyd edib ki, müasir dövürdə antropogen təsirlər səbəbindıən bir çox növlərin sayı azalır və nəsli kəsilmək təhlükəsindədir. Buna görə də ekosistemlərin dayanıqlılığının qorunması üçün bioloji müxtəlifliyin hər bir komponentinin mühafizəsi vacibdir.
Daha sonra Bioekologiya kafedrasının ll kurs doktorantı Ramil Həsənov “Azərbaycanda bioloji müxtəlifliyin qorunmasında Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin rolu” mövzusunda çıxış edib. O, ilk öncə respublikamızda XMOTƏ-nin yaradılma tarixindən, kateqoriyalarından, müasir vəziyyətindən danışaraq qeyd edib ki, bu sahəyə maraq olduqca yüksəkdir. Bununla yanaşı o, respublikamızın bioloji müxtəlifliyi, nadir növlərin mühafizəsi və invaziv növlərin ətraf mühit üçün yaratdıqları təhlükələrdən danışıb.
Tədbirin sonunda fakültənin l kurs Ekologiya ixtisasında təhsil alan tələbəsi Rəhimə Mehtiyeva Ümumdünya Vəhşi Təbiət Gününün tarixindən və məqsədindən bəhs edib. Daha sonra o bioloji müxtəlifliyin qlobal səviyyədə vəziyyəti, canlılara olan təsirlər və sayının azalması səbəblərindən, eyni zamanda onların mühafizəsi üçün görüləbiləcək tədbirlərdən danışıb.