Anım Gününə həsr olunmuş xüsusi dərs keçirilib
28 Sentyabr 2023 09:48

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 Sentyabr - Anım Gününə həsr olunmuş xüsusi dərs keçirilib.
Dərsdə Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri professor İsmayıl Əliyev və Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi a.ü.f.d. Qismət Xanbabayev çıxış edib.
Çıxışçılar tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış şanlı zəfər haqqında məlumat verilib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi qələbəsindən və şücaətindən bəhs edilib.
Xüsusi dərsdə həmçinin bu il sentyabrın 19-da cəmi 24 saat davam edən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusunun təslim olduğu, suverenliyimizin tam təmin olunduğu və Azərbaycanın qəhrəman oğullarının bu şanlı tarixi öz qanları ilə yazdıqları vurğulanıb.
Son XƏBƏRLƏR
08.07.2026 | 15:57
Elmi seminar keçirilib
19.06.2026 | 14:59
Elmi-tədqiqat işləri həyata keçirilib
05.06.2026 | 16:06
Quba rayonununda çöl-tədris təcrübəsi keçirilib
04.06.2026 | 12:10
Dissertasiya işinin ilkin müzakirəsi keçirilib
02.06.2026 | 17:11