27 Mart - Elm Gününə həsr edilmiş tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 27 Mart - Elm Gününə həsr edilmiş tədbir keçirilib.
İlk öncə çıxış edən dekan Akif Ağbabalı Azərbaycan Respublikasında “Elm Günü” nün təsis edilməsinin əhəmiyətindən danışıb. Bildirib ki, “Elm Günü” nü çərçivəsində BDU-nun və digər ali təhsil və elmi-tədqiqat müəssisələrinin, həmçinin aidiyyatı qrumların alimlərinin bir araya gələrək əldə etdikləri nəticələrinin müzakirəsi olduqca əhəmiyyətlidir.
Daha sonra Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun elmi məsləhətçisi professor Nəriman İsmayılov “Respublikamızda Ekologiya elminin inkişaf tarixi” mövzusuda məruzə ilə çıxış edib. Məruzəsində xüsusilə ekologiya elminin müasir istiqamətlərindən olan ekologiya mühəndisliyində bioloji proseslər, ekologiya və mikrobiologiya, ətraf mühit biologiyası və ekologiya, ətraf mühit mühəndisliyinin mikrobiologiyası, ekoloji biotexnologiyalardan ətraflı danışıb.
Məruzə maraqla qarşılanıb. Sonda tələbələrin suallar cavablandırılıb.