22 Aprel-Yer Gününə həsr olunmuş tədbir
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 22 Aprel-Yer Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Bu gün XIX əsrin sonlarından ABŞ-ın Nebraska ştatında senator C.Mortana tərəfindən ekoloji mühitin mühafizəsi, qorunması və ekosistemin zənginləşdirilməsi məqsədi ilə adi ağacəkmə təşəbbüsündən yaranan “Ağac günü”, 1970-ci ildən “Yer Günü” kimi ümumdünya hüququ qazanıb.
Təbdirdə Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi, a.ü.f.d. Qismət Xanbabayev, Coğrafi ekologiya kafedrasının professoru Şövqi Göyçaylı və II kurs tələbəsi Bakıxanov İbrahim müəllim-tələbə heyəti qarşısnda çıxış etmişlər.