Xocalı Soyqırımının 31 ildönümü xatırlanmışdır
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir Soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanılmışdır. Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Akif Ağbabalı XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının tarixə ən dəhşətli səhifələrdən biri kimi daxil olduğunu bildirib. Qeyd edib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalıya divan tutub. Daha sonra çıxış edənlərdən dekan müavini Könül Aslanova, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi Qismət Xanbabayev bu dəhşətli soyqırımın dünya ictimaiyyətinin diqqətinə zamanında yetərincə çatdırılmamasından və ona hüquqi-siyasi qiymətin verilməməsindən danışaraq qeyd etdmişlər ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra qanlı hadisə dünya ictimaiyyətinin diqqətinə çatdırılmağa başlanılmışdır. Tədbir tələbələrin hazırladıqları videoçarx nümaişilə ilə davam etmiş və sonda Xocalıya həsr olunmuş şeir səslənmişdir.