Elmi-praktiki konfransda iştirak edilib
Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının müdiri dosent Məhluqə Yusifova və kafedranın doktorantı Günel Heydərzadə Azərbaycan Dövlət Su Ehtiyatlari Agentliyinin Hyatt Regency otelində 11 May 2023-cü il tarixində keçirdiyi ““Azərbaycanın içməli su təsərrüfatı sektorunun inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda elmi-praktiki konfransda iştirak etmişlər. Konfrans “Su ehtiyatları və onun idarə olunması”, “Su təchizatı, tullantı suları və yağış suları sistemlərinin idarə olunması”, “Ekoloji təhlükəsizlik və iqlim dəyişmələri” mövzularında keçirilən panel iclaslarında müxtəlif ölkələrdən olan alimlərin təqdim etdiyi tədqiqatlarının nəticələri ətrafında diskussiyalar aparılmışdır. Məhluqə Yusifova “The role of forests in mitigation climate change” mövzusunda məruzə ilə çıxış etmişdir.