Beynəlxalq Konfransda iştirak edilib
Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının müdiri professor Nərminə Sadıqova və Coğrafi ekologiya kafedrasının müdiri dosent Məhluqə Yusifova 1-2 iyun 2023-cü il tarixində Planetary Health Alliance və Xəzər Universitetinin birgə keçirdiyi “One Health: Problems & Solutions” III Beynəlxalq Konfransda iştirak etmişlər. Konfrans “Climate Change, Health, and Food Security”, “Public Health, Diseases Control and Prevention Strategies” mövzularında keçirilən panel iclaslarında müxtəlif ölkələrdən olan alimlərin təqdim etdiyi tədqiqatlarının nəticələri ətrafında diskussiyalar aparılmışdır. Məhluqə Yusifova “İmpact of modern computer technologies on human health” mövzusunda məruzə ilə çıxış etmişdir.