Müəllim-tələbə heyəti Şahdağ Milli Parkında ekotur səfərində olmuşdur
20 Fevral 2024 14:40
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim-tələbə heyəti Şahdağ Milli Parkının İsmayıllı rayonu ərazisində yerləşən hissəsində ekotur səfərində olmuşdur.
Şahdağ Milli Parkı Qusar, Quba, Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz rayonlarının hüdudları daxilində 140 min ha sahəni əhatə edir. Səfərin əsas məqsədi Milli Parkın zəngin biomüxtəlifliyinin, əsrarəngiz relyef-landşaft strukturunun, müxtəlif torpaq örtüyünün, hündürlük qurşaqları üzrə iqlim elemenentlərinin paylanma qanunauyğunluqları, ekosistemin kompleks müşahidəsi və ekoturizm imkanları ilə tanışlıqdır.
Şahdağ Milli Parkının rayonun Buynuz və Qalacıq kəndləri ərazisində orta və yüksək dağlıq qurşağı əhatə edən biolandşaftının flora və fauna zənginliyi müəllim-tələbə heyətinin marağına səbəb olub. Tələbələr biomüxtəlifliyin qorunması ilə bağlı müzakirələrdə fəallıq göstərib, Qərbi Avropadan gətirilən zubrların (meşə kəllərinin) populyasiyası, yerli şəraitə uğunlaşması, nəsili kəsilməkdə olan nəcib maralların mühafizəsi və saylarının artırılması istiqamətində görülən işlərlə əyani tanış olmuşlar.
Daha sonra müəllim-tələbə heyəti Qalacıq kəndi yaxınlığındakı eyniadlı şəlaləyə baş çəkib. Qalacıq şəlaləsi meşə landşaftının mürəkkəb relyef quruluşu ilə ahəng əmələ gətirdiyindən, dağ-iqlim şəraitinin təmizliyini təmin edir.
Son XƏBƏRLƏR
19.11.2024 | 20:37
"Azərbaycan müəllimi" qəzetinə müsahibə verilib
16.11.2024 | 16:47
“Seaspiracy” sənədli filminin nümayişində iştirak edilib
16.11.2024 | 16:35
“Uşaqların sağlamlığı naminə təmiz hava” adlı tədbirdə iştirak edilib
07.11.2024 | 18:06
“Yaşıl Vətən, yaşıl dünya” adlı tədbir-sərgidə iştirak edilib
07.11.2024 | 15:03