Magistrant və tələbələr Şirvan Milli Parkında olublar
6 Noyabr 2023 16:15
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrasının doktorantı Abdin Abbasovun müşayiəti ilə magistrant və tələbələr Şirvan Milli Parkında olublar. Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tələbələr Milli Park ərazisində ceyranları yaxından izləyib, say prosesində iştirak edib və beynəlxalq təcrübə ilə tanış olublar.
Şirvan Milli Parkında ceyranların müşahidəsi 4 istiqamət üzrə həyata keçirilib. Tələbələr ayrı-ayrı istiqamətlərdə bölünərək yerli və xarici mütəxəssislərlə birlikdə tədqiqatda iştirak ediblər.
Mütəxəssislər tələbələrə ceyranların respublikamızda yaşayış arealı, tarixi dinamikası, populyasiyalarının hazırkı vəziyyəti və çoxaldılaraq digər ərazilərə reintraduksiyası barədə ətraflı məlumat veriblər.
Son XƏBƏRLƏR
19.11.2024 | 20:37
"Azərbaycan müəllimi" qəzetinə müsahibə verilib
16.11.2024 | 16:47
“Seaspiracy” sənədli filminin nümayişində iştirak edilib
16.11.2024 | 16:35
“Uşaqların sağlamlığı naminə təmiz hava” adlı tədbirdə iştirak edilib
07.11.2024 | 18:06
“Yaşıl Vətən, yaşıl dünya” adlı tədbir-sərgidə iştirak edilib
07.11.2024 | 15:03