Beşbarmaq dar boğazında monitorinq edilib
16 Oktyabr 2023 17:17
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekologiya ixtisası üzrə təhsil alan tələbələri Ümumdünya Köçəri Quşlar Günü münasibətilə Beşbarmaq dar boğazında monitorinq ediblər. Monitorinq zamanı 24 növ quşun müşahidəsi aparılıb, bunlardan 4-ü Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilən quş növləri olub.
Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən beynəlxalq səviyyədə məlumatlandırma kampaniyası və ekoloji bayram hesab edilir. Ümumdünya Köçəri Quşlar Günü ildə iki dəfə - mayın və oktyabrın ikinci şənbə günü qeyd edilir. “Birding Azerbaijan və Birdwatching Azerbaijan”ın tərəfdaşlığı və “Ornithological Society of the Middle East”in maliyyə dəstəyi ilə artıq bir neçə ildir ki, yerli və xarici mütəxəssislərin, quş müşahidəçilərinin iştirakı ilə Beşbarmaq dar boğazında köç edən quşların payız monitorinqi və sayımı aparılır. Beşbarmaq dar boğazı quşların köç yolu kimi Avropanın ən önəmli miqrasiya koridorlarından biridir. Quşların sayımı sentyabrın əvvəlindən dekabrın əvvəlinə qədər üç ay ərzində gündəlik aparılır və nəticələr köç edən quşların beynəlxalq məlumat bazası olan trektellen.org saytına əlavə edilir. Hər il 2 milyondan artıq, 300-dən çox növ quş bu koridordan istifadə edərək şimala yuvalama və cənuba qışlama yerlərinə köç edir.
Qeyd edək ki, Azərbaycan quşların ornitofaunası baxımından olduqca zəngindir və bütün Avrasiyada ən böyük miqrasiya yollarından biri məhz buradan keçir.
Son XƏBƏRLƏR
19.11.2024 | 20:37
"Azərbaycan müəllimi" qəzetinə müsahibə verilib
16.11.2024 | 16:47
“Seaspiracy” sənədli filminin nümayişində iştirak edilib
16.11.2024 | 16:35
“Uşaqların sağlamlığı naminə təmiz hava” adlı tədbirdə iştirak edilib
07.11.2024 | 18:06
“Yaşıl Vətən, yaşıl dünya” adlı tədbir-sərgidə iştirak edilib
07.11.2024 | 15:03