ELANLAR
Bütün Elanlar
Təqvim
"Bərpa Olunan Enerji: layihələr və gələcək perspektivlər" mövzusunda maarifləndi...
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən "Bərpa Olunan Enerji: layihələr və gələcək perspektivlər" mövzusunda maarifləndirici tədbir keçiriləcək. Tədbirin məqsədi ölkəmizdə bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr, tətbiq olunan texnologiyalar və gələcək inkişaf istiqamətləri barədə tələbələri məlumatlandırmaqdır. Tarix: 21 noyabr 2025 Saat: 10:00 Məkan: Tələbə İnkişaf Mərkəzi *Qeyd!* Arzu edənlər iştirak edə bilər.
"Yaşıl düşüncə məkanı" adlı tədbir keçiriləcək
Hörmətli fakültəmizin professor-müəllim heyəti və əziz tələbələri! Sizləri, 17 dekabr, saat 14:00-da BDU-nun Böyük Akt zalında Ekologiya və torpaqşünaslıq fakültəsinin BDU-nun 105 illik yubileyinə həsr olunmuş "Yaşıl düşüncə məkanı" adlı tədbirinə dəvət edirik.
Respublika Elmi Konfransı keçiriləcək
Konfransın açılışı 27 noyabr 2024-cü il tarixində saat 10:00-da olacaqdır. BDU-nun 3 saylı tədris binası, 1-ci mərtəbə, akt zalı. Arzu edənlər iştirak edə bilərlər!
Doktorant və dissertant hazırlığı üzrə qəbul elan edilir
Bakı Dövlət Universiteti (BDU) 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir. Ətraflı: http://md.bsu.edu.az/az/announcement/141 BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə qəbul palnı aşağıdakı cədvəldəki kimidir: Əziz magistrantlarımız, məzunlarımız və maraqlanan hər kəs sənədlərin qəbulunun bitməsinə az qalır (15.05.2024-ci il), odurki istəyənlər tezliklə müraciət etsinlər! Qeyd:* Aqrokimya ixtisası üzrə doktoranturaya və dissertanturaya qəbul ilk dəfədir ki həyata keçiriləcəkdir.
“Yaşıl dünyamızı qoruyaq” adlı rəsm müsabiqəsi
📣Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatı, Şərqşünaslıq, Ekologiya və torpaqşünaslıq fakültələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Yaşıl dünyamızı qoruyaq” adlı rəsm müsabiqəsi elan edilir. 📌Müsabiqənin tələbləri: bit.ly/3xrK6Ib 🔗Qeydiyyat linki: forms.gle/jmzKFyQePb4kyGrv6 📆Son tarix: 26 Aprel
Respublika elmi konfransı keçiriləcək
2024-cü il 16 və 17 may tarixlərində Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Qlobal iqlim dəyişikliyi və Azərbaycanın müasir ekosistemi” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir.