Tələbə həyatı

Ekologiya və torpaqşünaslıq fakültəsi tələbələr üçün ölkənin ətraf mühitin öyrənilməsi və qorunmasında onların fəal iştirakını təmin etmək məqsədi ilə mütəmadi olaraq tələbə mübadilələri, təlimlər, seminarlar, ekskursiyalar, konfranslar, milli və beynəlxalq yay düşərgələri, tələbələr arası müxtəlif müsabiqələr və digər bu kimi fəaliyyətlər təşkil edir. Hazırda fakültədə bir neçə tələbə birlikləri və klublar fəaliyyət göstərir. Bu fəaliyyətin əsas məqsədi tələbələrin maraqlarını təmsil və müdafiə etmək, ölkənin, universitetin ictimai siyasi, mədəni, sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etmək, biliklərinin artırılmasına və onların elmi araşdırmalarına kömək etməkdir. Tələbələr təhsil aldıqları dövr ərzində qeyd olunan Tələbə Həmkarlar Təşkilatı, Tələbə Gənclər Təşkilatı və Tələbə Elm Cəmiyyətinə, həmçinin BDU Könüllülərinə, müxtəlif birliklərə və klublara üzv olaraq öz əhatə dairələrini genişləndirə bilərlər.

Tələbələr fakültənin idarə olunmasında, ictimai işlərdə, sosial layihələrdə iştirak edirlər. Tələbə təşkilatlarının nümayəndələri Fakültə Elmi Şurasının tamhüquqlu üzvləri kimi fakültədə idarəetmə, elm və təhsil üzrə qərarların müzakirəsi və qəbul olunmasında öz mövqelərini göstərirlər.

Fakültənin futbol, futzal, voleybol və badminton üzrə komandası mütəmadi olaraq universitetdə keçirilən yarışlarda iştirak edir və bu komandaların üzvləri ümumuniversitet yığma komandasının ölkəmiqyaslı yarışlarının yaxından iştirakçısıdır.

İdman komandaları ilə yanaşı, elmi-intellektual platformalarda təmsil olunan tələbələrimiz "BDU Debat klubu"nun fəaliyyətinə öz töhfəsini verir və "Nə? Harada? Nə zaman?" yarışlarında da əsas iştirakçı tərəflərdəndir.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 1-ci mərtəbə, 2 otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 510-57-60 / (+99412) 538-62-26 / (+99412) 537-23-83 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət