“Həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrası Bakı Dövlət Universitetinin Elmi Şurasının 13 iyul 2011-ci il tarixli iclasının qərarına əsasən Rektorun 09.08.2011-ci il tarixli R-85 saylı əmri ilə yaradılmışdır.
Bakı Dövlət Universitetinin Elmi Şurasının 2019-cu il 08 iyul tarixli iclasının qərarına əsasən Rektorun 15.07.2019-cu il tarixli R-97 saylı əmri ilə “Həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrası kadr potensialı və maddi-texniki bazası ilə birlikdə Ekologiya və torpaqsünaslıq fakültəsinin strukturuna daxil edilib.
Kafedra aşağıdakı fənləri tədris edir: .
- Mülki müdafiə;
- Mülki müdafiə və həyat fəaliyyətinin təhlükəsizliyi;
- Tibbi biliklərin əsasları;
- Mülki müdafiə və İlk tibbi yardım;
- Əmək mühafizəsi;
- Ekoloji təhlükəsizlik və risklər;
- Həyat fəaliyyətinin təhlükəsizliyi;
- Ekoloji risklərin sağlamlığa təsirinin qiymətləndirilməsi (magistratura səviyyəsində).