Ekoloji kimya kafedrası 2004-cü ildə Kimya fakültəsinin nəznində akademik Rəfiqə Əlirza qızı Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. 2004-cü ildən hal-hazıradək kafedraya kimya elmləri doktoru, professor Sevinc Rafik qızı Hacıyeva rəhbərlik edir. Həmin dövrdə kafedranın 6 əməkdaşı olmuşdur.
İlk yarandığı dövrdə Ekoloji kimya kafedrası həmin ixtisas üzrə tələbə qəbulu həyata keçirirdi. Həmin illərdə Ekologiyanın əsasları, Ətraf mühitin mühafizəsi, Məişət ekologiyası, Ekoloji kimya, Ümumi ekologiya fənnləri tədris olunurdu.
2011-ci ildən Ekologiya və torpaqşünaslıq fakültəsinin yaradılması ilə həmin fakültənin nəznində fəaliyyət göstərməyə başlamışdır.
2011-ci ildən Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası Ekoloji kimya kafedrasının nəznində fəaliyyət göstərməyə başladı. Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyası 2001-ci ildə akademik Rəfiqə Əlirza qızı Əliyevanın rəhbərliyi tərəfindən yaradılmış və labioratoriyaya rəhbərlik etmişdir. 2017-ci ildən Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının rəhbəri k.e.d., professor Sevinc Rafik qızı Hacıyevadır.
Laboratoriyanın əsas elmi istiqaməti ətraf mühit obyektlərində bir sıra metal ionlarının miqdarının təyini və qatılaşdırılaraq ayrılmasını təmin edən yeni metodikaların işlənib hazırlanmasıdır.Kafedranın elmi-tədqiqatlarının əsas istiqaməti ətraf mühitin ekokimyəvi monitorinqi və çirklənmə mənbələrinin araşdırılması və təyini metodlarının işlənməsidir.
Hər il kafedrada ekoloji kimya, ətraf mühit kimyası və ekoloji kimyəvi monitorinq ixtisasları üzrə 7-9 magistrant müdafiə edərək magistr dərəcəsinə yiyələnir. Kafedra müəllimləri tərəfindən ənənəvi olaraq, Ekoloji kimya və Sənaye ekologiyası fənnlərindən icmal mühazirələr oxunur. Ekoloji kimya kafedrasında 2020-ci il Avropa İttifaqının Tvininq layihəsinin tədris planına uyğunfənnlər tədris olunur.
Ekoloji kimya kafedrasında 2391.01- Ekoloji kimya ixtisası üzrə fəlsəfə doktorluğu və elmlər doktorluğu proqramı üzrə doktorant və dissertant qəbulu həyata keçirilir. Hal-hazırda kafedranın 15 fəlsəfə doktoru, 4 elmlər doktoru proqramı üzrə doktorant və dissertantları elmi-tədqiqat işlərini davam etdirir.
Son illərdə kafedrada, korroziyaya davamlı yeni üzvi birləşmələrin sintezi, tullantı sularının təmizlənməsini yeni metodları və kimyəvi ekologiya sahəsində elmi-tədqiqat işlərinə xüsusi diqqət yetirilir. Kafedra əməkdaşları tərəfindən aparılan elm-tədqiqat işləri nəticəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərfindən bir neçə Patentər alınmışdır.
Ekoloji kimya kafedrasının əməkdaşları, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi kimya İnstitutu, Radiasiya Problemləri İnstitutu və s. ilə sıx elmi əlaqə saxlayır. Bundan başqa Muğla Sıtkı Universiteti, A.S.Puşkin adına Dövlət Universiteti, Ain Shams Universiteti, Lissabon Dövlət Universiteti, Telavi Dövlət Universiteti, Moskva Dövlət Universiteti, Roma La Sapienza Universiteti ilə sıx elmi əlaqələr yaradılmışdır.
Kafedrada son illər ərzində 35-dən artıq dərslik və dərs vəsaiti, 550-dən çox elmi məqalə dərc edilmişdir. Kafedra əməkdaşları 30-dan çox Beynəlxalq simpozium və konfranslarda iştirak etmişlər. Kafedra əməkdaşları (Tərəqqi medalı, Qabaqcıl təhsil işçisi döş nişanı, Respublika fəxri fərmanı və s. təltif edilmişlər. Eyni zamanda, Bakı Dövlət Universitetinin 100 illiyi ilə əlaqədar kafedranın bir çox əməkdaşları mükafatlandırılmışdır.
Kafedra müdiri k.e.d., professor Sevinc Hacıyeva, professor Nazim Şəmilov, dosent Fətəli Hüseynov ED 1.16 Dissertasiya şurasının 2391.01-Ekoloji kimya ixtisasının üzvləridir. Kafedranın əməkdaşı k.e.d., professor Nazim Şəmilov isə ED 2.16 Dissertasiya şurasının 2307.01-Fiziki kimya ixtisası üzrə seminarın üzvdür.
2391.01 Ekoloji kimya ixtisası üzrə ED 1.16 Disssertasiya Şurası Elmi Seminarın tərkibinə daxil olan əməkdaşlarımız: professor k.e.d. Sevinc Hacıyeva - sədr, professor k.e.d. Qiyas Bayramov – üzv, dosent k.e.n. Təranə Əliyeva - elmi katib, dosent k.e.n. Ülviyyə Rüstəmova – üzv, dosent k.e.n.- Elmina Qədirova