BİOEKOLOGİYA KAFEDRASININ TARİXİ

05.08.2011-ci il tarixli R-76 saylı əmrə əsasən Biologiya fakültəsinin, Onurğalılar zoologiyası və bioekologiya kafedrasının bazası əsasında Ekologiya və torpaqşünaslıq fakültəsinin strukturuna daxil olan “Bioekologiya” kafedrası yaradılmışdır.

Bioekologiya kafedrası 2011-2018-ci illərdə Almaniya Beynəlxalq Əməkdaşlıq Birliyi (GİZ) ilə əməkdaşlıq etmişdir. Bioekologiya kafedrası və Almaniya Beynəlxalq Əməkdaşlıq Birliyi (GİZ) ilə magistratura səviyyəsi üçün “Biomüxtəliflik və təbiətin mühafizəsi” ixtisaslaşması üçün tədris planının hazırlanması iməqsədilə proqram işlənib hazırlanmışdır. Hazırda kafedrada “Biomüxtəliflik və təbiətin mühafizəsi” ixtisaslaşması üzrə təhsil alan magistrantların tədris planı göstərilən proqram əsasında tərtib olunmuşdur.

Bioekologiya kafedrası ilə GİZ Alman Əməkdaşlığı Cəmiyyəti arasında “Cənubi Qafqazda biomüxtəlifliyin davamlı idarə olunması” proqramı çərçivəsində 2012-ci ildə imzalanmış müqaviləyə əsasən üç modullu təlimlər: “Qışlayan, su-bataqlıq və oxuyan meşə quşlarının monitorinqi”, “Ali bitkilərin təyin edilməsi və monitorinqi”, “ Kəpənəklərin təyin edilməsi” uğurla həyata keçirilmişdir. Həmçinin Bioekologiya kafedrası ilə GİZ Alman Əməkdaşlığı Cəmiyyəti arasında əməkdaşlıq çərçivəsində landşaft ekoloqu CİM ekspert Tillman Ditrix 2012-2015 illərdə kaferada elmi-pedoqoji fəaliyyətlə məşğul olmuşdur. Kafedranın professoru Nərminə Sadıqova və dosent Firuzə Sultan-zadə Tempus layihəsi SUTOMA üçün: “Rekreasion və ekoturizm”proqramını işləmişdilər.

2015-ci ildə Ekologiya və torpaqşünaslıq fakültəsi və Avstriyanın Alpen Adria Klagenfurt Cografiya İnstitutu və Ekologiya İnstitutu, həmçinin Almaniyanın Grayvsvald Universiteri arasında 5 illik əməkdaşlıq memorandumu imzalanmışdır.

2017-ci ildə Almaniya Beynəlxalq Əməkdaşlıq Birliyinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə olunması” Proqramı və Ekologiya və torpaqşünaslıq fakültəsi arasında 1 illik anlaşma Memorandumu imzalanmışdır. Memorandumun başlıca məqsədi “Biomüxtəliflik və təbiətin mühafizəsi” ixtisaslaşması üzrə proqramın tətbiq olunması, Coğrafi İnformasiya Sistemləri (CİS) laboratoriyasının yaradılması, kafedranın tədris heyətinin CİS sahəsində bacarıq və vərdişlərinin formalıaşmasına dəstək göstərmək olmuşdur. Məqsədə nail olmaq üçün 2017-ci ildə Bioekologiya kafedrasında GİZ-indəstəyi ilə Coğrafi İnformasiya Sistemləri (CİS) laboratoriyası yaradılmış və lazımi avadanlıqlarla təchiz olunmuş, kafedranın köməkçi heyətinə və magistrantlara Beynəlxalq ekspertlər Jan De Leewu və Emil Bayramov tərəfindən CİS dərsləri tədris olunmuşdur

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 1-ci mərtəbə, 2 otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 510-57-60 / (+99412) 538-62-26 / (+99412) 537-23-83 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət