İstiqamət: Azərbaycan Respublikasında regionların ekoloji cəhətdən qiymətləndirilməsi, bərpa və mühafizə yolları
Mövzu: Erməni işğalından azad olunmuş ərazilərin ekoloji mühitinin bərpasının istiqamətləri, ekocoğrafi qiymətləndirilməsi və coğrafi informasiya sisteminin (CİS) tərtibi (2020-2023)
Mövzunun rəhbəri: dos. Akif Ağbabalı
İcraçılar: dos. Akif Ağbabalı, prof. Şövqi Göyçayski, prof. Telman Xəlilov, dos. Tahir İbrahimov, dos. Lalə Bayramova, dos. Maya Zeynalova, b/m. Ramiz Tahirov, müəl. Nümunə Nağıyeva
Məqsəd: Erməni işğalı nəticəsində ölkəmizin 30 ilədək təbiətinə və bölgənin əhalisinə dəymiş maddi və mənəvi ziyanın miqyası olduqca böyükdür. İşğal dövrü ərzində həmin ərazilərlin təbii kompleksliyi üzrə heç bir tədqiqat işi aparılmamışdır. Bu baxımdan həm işğaldan azad edilmiş ərazilərdə bütün təbii komplekslik (torpaq, su, bitki, heyvanat aləmi və s.), həm də əhalinin sosial-demoqrafik vəziyyətinin araşdırılması üzrə tədqiqatlar olduqca vacibdir. Qarşıya qoyulan əsas məqsəd - işğaldan azad edilmiş ərazilərin əhalisi, su, meşə, torpaq, landşaft və s. üzrə kompleks tədqiqatlar aparmaq və nəticədə coğrafi informasiya sistemində (CİS) geoməkan məlumatlar bazasını tərtib etməkdir.
Nəticə: Aerokosmik materiallar və çöl tədqiqatları əsasında Bəsitçay Dövlət Təbiət Qoruğu ərazisinin ekoloji monitorinqi aparılmışdır. Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında əhali məskunlaşmasının regional və yerli xüsusiyyətləri tədqiq edilmişdir. Arazboyu ərazilərin torpaqlarının ekocoğrafi qiymətləndirilməsi (Zəngilan, Cəbrayıl və Füzuli rayonları timsalında) aparılmışdır. İşğal dövrü ərzində tədqiqat ərazisinin su resurslarına antropogen müdaxilələrin yaratdığı dəyişikliklər tədqiq edilmişdir. 1988-2020-ci illərdə tədqiqat ərazilərində təbiət abidələrinə və təbii fenomenlərə vurulan ziyanın ekoloji-sosial fəsadları araşdırılmışdır. İşğaldan azad edilmiş ərazilərdə əhali məskunlaşmasının yenidən qurulması (Kəlbəcər rayonu timsalında) tədqiq edilmiş və qiymətləndirilməsi aparılmışdır.
Təcrübi əhəmiyyəti: Dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası həyata keçirilərkən, həmin ərazilərin əhalisi, su, meşə, torpaq, landşaft və s. üzrə aparılmış kompleks tədqiqatların nəticələri coğrafi informasiya sistemində (CİS) geoməkan məlumatlar bazasının tərtibi zamanı istifadə oluna bilər.