İstiqamət: Azərbaycan biomüxtəlifliyin tədqiq edilməsi
Mövzu: Abşeronun bəzi göl ekosistemlərinin müasir ekoloji vəziyyətinin tədqiqi (Binəqədi, Digah, Lökbatan və Zabrat)
Mövzunun rəhbəri: prof.N.A.Sadıqova
İcraçılar: Prof. N.A.Sadıqova, b.f.d. dos.S.Q.Cəfərova, b.f.d.dos.İ.M.Əliməmmədzadə, b.f.d. G.Sarıyeva
Məqsəd: Abşeron gölləri və ətraf ərazilərin florasının, torpaq örtüyünün və faunasının tədqiqi məqsədi ilə ilin müxtəlif fəsillərində əraziyə səfərlər təşkil olunmuşdur.Bu zaman həmin ərazilərin bir sıra antropogen təsirlərə məruz qaldığını söyləmək olar.
Nəticə: Binəqədi gölü ətrafında boz və bataqlı torpaqlar yayılmışdır. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Binəqədi gölünə uzun illər ərzində edilən mənfi təsirlər gölün ekoloji tarazlığının pozulmasına, təbii keyfiyyətlərinin itirilməsinə, gölün və ətraf ərazinin flora və fauna üçün yararsız hala düşməsinə səbəb olmuşdur. Nəticədə torpaq onurğasızları qrupunun kasad olaraq yalnız həşəratlardan (Arthropoda) (85,7%) və qarınayaqlılardan (Gastropoda)(14.3%) ibarət olduğu müəyyən edilmişdir. Müşahidə etdiyimiz onurğasızlar qrupu əsasən Abşeronun arid ekomühitnə uyğunlaşmış qruplardır. Bu torpaq onurğasızlarının trofik strukturun müxtəlif ekoloji qruplarına aid olduğu müəyyən edilmişdir (saprofaqlar, fitosaprofaqlar, yırtıcılar). Buna səbəb onların həyat fəaliyyətinin gölətrafı təbii bitki örtüyü ilə bağlı olmasıdır ki, bu da öz növbəsində mürəkkəb qida strukturunu formalaşdırmışdır.
Tədqiqat ərazisində bütövlükdə10 fəsilə, 21 cinsə aid 29 növ ali bitki qeydə alınmışdır: Torilis stockiana, Falcaria viridis, Anagallis coerulea, Tamarix sp., Cynanthum acutum, Chenopodium album, Ch.vulvaria, Atriplex patula, A.hastata, A.tatarica, Suaeda altissima, Salsola pestifer, S.crassa, S.dendroides, S.erichoides, Noaea mucronata, Perosimonia brachiata, Amaranthus retroflexus, A.albus, Stellaria media, Cerastium perfoliatum, Spergularia triandra, Pragmithes communis, Lepturus incurvus, Ecballium elaterium, Erodium turcmenum, E.cicutarium, Lemna sp.
Lökbatan gölü Abşeron yarımadasının cənub-qərbində, Qaradağ rayonu ərazisində yerləşərək, ümumi sahəsi 270 ha, dəniz səviyyəsindən hündürlüyü -24 m təşkil edir. Lökbatan gölü ətrafında şoranvari-şorakətvari boz-qonur torpaqlar yayılmışdır. Boz torpaqlar əsasən qarağanlı yovşanlı, qarağanlı-yovşanlı-efemerli, yovşanlı-efemerli bitki örtüyünün altında yayılmışdır. Bu ərazilər Abşeron yarusunun duzlu üçüncü dövr gilli süxurları ilə zəngindir. Aparılmış torpaq və kameral - laboratoriya tədqiqatları bu torpaqların kifayət qədər şorlaşmaya məruz qaldığını göstərir.
Lökbatan gölü ətrafı ərazilər delüvial çöküntüləri ilə örtülü olub, aşkar müşahidə olunan şorakət profilinə malik şoranvari-şorakətvari boz-qonur torpaqlar kifayət qədər geniş yayılmışlar. Bu torpaqlarda genetik qatlar morfoloji cəhətdən aydın ifadə olunmuşlar. Xüsusən daha yaxşı karbonatlı illüvial qatlar seçilir. Lökbatan gölü ətrafı şoranvari-şorakətvari boz-qonur torpaqların üst akkumulyativ qatı (20-30 sm) boz-qonur rəngdə olub ağır gillicəli və gilli mexaniki tərkibə, topavari-kəltənvari struktura malikdir. Profilin orta hissəsi qonur rəngdə, ağır gillicəli mexaniki tərkibli, yüksək karbonatlıdır. Bu torpaqların mənfi cəhətlərindən biri yüksək kipliyə malik olmalarıdır, torpaq mühitinin qələvi reaksiyası (Na duzlarının iştirakı ilə) boz-qonur torpaqların yüksək karbonatlı illüvial qatının şorakətliliyinə səbəb olmuşdur.
Gölün ətraf sahələri məişət tullantıları və lazımsız tikinti materialları ilə çirkləndirilməsi buradakı yarımsəhra fitosenozlarının vəziyyətini xeyli pisləşdirmişdir. Mövcud vəziyyətlə əlaqədar burada bitkilərin sayı Binəqədi gölü və ətraf sahələrlə müqayisədə xeyli azdır. Belə ki, tərəfimizdən Lökbatan gölü və ətraf ərazilərə edilmiş səfər zamanı 8 fəsiləyə və 14 cinsə aid 19 növ borulu bitki qeydə alınmışdır.
2022-ci ilin fevral və iyul aylarında aparılmış tədqiqatlar zamanı göldə 8 dəstəyə aid 37 quş növü qeyd olunmuşdur. Bunlardan 485 fərd ördəklər dəstəsinə, 620-si (daha çox) sərçəkimilər dəstəsinə aiddir. Fevral ayında qeydə alınmış 18 növ köçəri quşlardır, yəni yuvalamağa, qışlamağa və ya eyni zamanda yuvalama və qışlamağa gələnlərdir. İyul ayında qeydə alınmış 10 növ yuvalama, bəziləri isə qışlama və yuvalama qeydə alınmışdır. 22 növ oturaq quşlardır.
Təcrübi əhəmiyyəti: Əsasən məişət-kommunal tullantıları ilə çirkləndirilən Binəqədi, Digah, Lökbatan və Zabrat) göllüri ətrafındakı ərazilərin florası müasir vəziyyətinin tədqiqi biomüxtəlifliyin inventarizasiyası baxımından mühüm məsələdir..